Tramp Merz ilə Ukraynanın hava hücumundan müdafiəsini müzakirə edib

4 İyul 2025 19:28 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzlə telefonla danışıb, siyasətçilər Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Der Spiegel xəbər verir.

...Söhbətin mövzusu Ukraynadakı vəziyyət, o cümlədən ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi olub. Bundan əlavə, Merz və Tramp ticarət məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar

Nəşr qeyd edib.

Əli Babayev