"Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib

4 İyul 2025 15:08 (UTC+04:00)

İspaniyanın "Betis" klubu "Atletiko"nun futbolçusu Rodriqo Rikelmeni transfer edib. SİA xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 5 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi əsas komandada 75 oyun keçirib, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.