Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib

4 İyul 2025 14:55 (UTC+04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin meyitlərinin qalıqları Kəlbəcər rayonuna gətirilib. SİA-nın Qarabağ bürosunun məlumatına görə, Kəlbəcər şəhərində şəhidlərlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Yusif İsmayıl oğlu Əzizov 1948-ci ildə, Mehman Camal oğlu Musayev 1964-cü ildə, Qafar Qəmbər oğlu Qarayev isə 1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olublar.

Onlar 1993-cü il martın 27-də rayonun Çıraqlı kəndi istiqamətində itkin düşüblər.

Şəhidlər Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.