"Qəfil öldü" deyilən məşhur müğənni danışdı

4 İyul 2025 14:42 (UTC+04:00)

Ukraynalı müğənni Vera Brejneva pərəstişkarlarını onun qəfil ölümü ilə bağlı yayılan xəbərlərə inanmamağa çağırıb. SİA xəbər verir ki, müğənni bu barədə “İnstaqram”da paylaşım edib.

"Təəssüf ki, bu sondur. Artıq inam qalmayıb!" yazan "VIA Gra" qrupunun keçmiş solisti ölümü ilə bağlı yayılan xəbərlərin hamısının saxta olduğunu bildirib.

Sənətçi pərəstişkarlarını sosial şəbəkələrdə vaxtaşırı çıxan mesajları yaymamağa çağırıb.

Qeyd edək ki, sosial mediada Vera Brejnevanın qəflətən öldüyü barədə məlumatlar yayılmışdı.