ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər - Pezeşkian

4 İyul 2025 14:10 (UTC+04:00)

ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər. SİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır:

“Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.