...Tesla, 2025-ci ilin ikinci rübündə təxminən 5,000 Cybertruck elektrikli pikap tədarük etdiyini təsdiqlədi və bu gözləntilərdən kəskin aşağıdır.
SİA xəbər verir ki, Electrek-ə görə, şirkət ildə 250 000 ədəddən çox istehsal etməyi planlaşdırırdı, lakin indiki göstərici ildə cəmi 20 000 ədəddir.
Tesla-nın tədarük və istehsal hesabatına görə, "digər modellər" kateqoriyasında (buraya Model S, Model X, Cybertruck və Tesla Semi daxildir) şirkət 13 409 avtomobil istehsal və 10 394 ədəd tədarük edib. Bu, Teslanın hələ də Cybertruck üçün əvvəlcədən sifarişləri doldurduğu 2024-cü ilin zirvəsinin yarısından azdır.
Tesla hər bir model üçün ayrıca statistika təqdim etməsə də, beynəlxalq məlumatlar Model S/X-in təxminən 5000 tədarükü təşkil etdiyini göstərir.
Beləliklə, Cybertruck, ehtimal ki, rübdə təxminən 5000 ədəd satıb. Cybertruck satışlarının azalması 7500 dollarlıq vergi kreditinin olmasına baxmayaraq baş verib.
Teslanın bu rəqəmlərə necə cavab verəcəyi hələlik bəlli deyil.
Nazlı Almuradova