Prezident İlham Əliyev ECO-ya uğurlu sədrliyə görə Qazaxıstana təşəkkür edib

4 İyul 2025 13:33 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) uğurlu sədrliyə görə Qazaxıstana təşəkkür edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi mənası var. İşğaldan azad edilmiş ərazilərdə artıq bir neçə tədbir keçirilmişdir.