Bakıda açıq ərazidə yanğın başlayıb

4 İyul 2025 13:26 (UTC+04:00)

Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli və Hüseynqulu Sarabski küçələrinin kəsişməsində, açıq ərazidə yanğın başlayıb. SİA xəbər verir ki, bu barədə Fövəqladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.