Azərbaycanın daha bir boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib

4 İyul 2025 10:36 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda 1/4 finala yekun vurulub. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, Azərbaycan millisinin daha bir boksçusu bu mərhələni qələbə ilə bitirib.

Məhəmməd Abdullayev (+90 kiloqram) Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesablı qələbə qazanıb. O, yarımfinalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək.

Daha öncə Sübhan Mamedov (50 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) adlarını yarımfinala yazdırıblar. Təmsilçilərimiz bu mərhələdə müvafiq olaraq, qazaxıstanlı Sanjar Taşkenbay ilə braziliyalı Luis Qabriel du Nasimentonu sınağa çəkəcək.

Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən boksçularımız final uğrunda görüşlərə iyulun 5-də çıxacaqlar.