Çin avtomobilləri Mərkəzi Avropadakı payını genişləndirir

4 İyul 2025 08:17 (UTC+04:00)

Çinin ən böyük avtomobil ixracatçısı olan “Chery” şirkəti “Astana Motors”un regional ofisi ilə tərəfdaşlıq sazişi çərçivəsində Çexiya, Slovakiya və Polşa bazarlarına rəsmi şəkildə daxil olub. SİA xəbər verir ki, bu ölkələrdə satışın payızda başlayacağı gözlənilir. Modellər əsasən “plug-in” (qoşulan) hibrid və ənənəvi daxili yanma mühərrikli SUV “Chery Tiggo 7” və “Chery Tiggo 8” olacaq. “Biz ekoloji cəhətdən təmiz və sərfəli avtomobillərə sabit tələbat görürük. Çexiyalı müştərilərə qabaqcıl texnologiyalar və yüksək komfortlu krossoverlər təklif etmək istəyirik”, - deyə şirkətin Praqadakı direktoru Aleks Çjan bildirib. “Chery” 110-dan çox ölkə və regionda fəaliyyət göstərir. Bu gün şirkətin 15 milyondan çox istifadəçisi var.