Tezliklə Rusiyaya 18-ci sankiya paketi tətbiq ediləcək

4 İyul 2025 06:38 (UTC+04:00)

Avropa İttifaqının Rusiyaya qarşı növbəti 18-ci sanksiya paketi Aİ-nin Slovakiyaya enerji məsələsində lazımi təminat verməsindən sonra tezliklə qəbul oluna bilər. SİA “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, Bratislava bu gün Avropa Komissiyasından 2027-ci ilə qədər Rusiyanın enerji mənbələrindən mərhələli şəkildə uzaqlaşması ilə bağlı zəmanət alıb. “Bu, tezliklə Rusiyaya qarşı növbəti sanksiyalar paketinin (18-ci) qəbuluna gətirib çıxara bilər”, - deyə bildirilib.