Fatih Terimi o əvəzlədi

4 İyul 2025 05:17 (UTC+04:00)

Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı klubu “Əl-Şəbab”dan ayrılıb. SİA xəbər verir ki, onu bu postda İmanol Alquasili əvəzləyib.

54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. İmanol Alquasilin son klubu “Real Sosyedad” olub. O, 2018-ci ilin dekabrından 2024/25 mövsümünün sonunadək İspaniya təmsilçisinə rəhbərlik edib.

Qeyd edək ki, “Əl-Şəbab” Səudiyyə Ərəbistanı çempionatının ötən mövsümünü 6-cı pillədə başa vurub.