"Minik Serçe” ləqəbli türiyəli sevilən müğənni Sezen Aksu illər sonra təqdim etdiyi musiqi albomu ilə gündəmə gəlib. SİA xəbər verir ki, yeni albomu "Paşa Gönül Şarkıları", Spotify platformasında dünya üzrə ən çox dinlənən 6-cı albom olub. Bununla da Aksu qlobal siyahıya daxil olan ilk Türk qadın müğənni olub.