İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
SİA xəbər verir ki, qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.
Bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kiloqram) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, Günay bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.