Azərbaycan klubunun yeni baş məşqçisi məlum olub

3 İyul 2025 22:04 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"nın yeni baş məşqçisi məlum olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu vəzifəyə Emin Əbilov gətirilib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Əbilov ötən mövsüm Bakı təmsilçisində köməkçi məşqçi postunda çalışıb.