...Bentley loqosunun yenilənmiş versiyasını rəsmi olaraq təqdim etdi. O, iyulun 8-də təqdim edilməsi planlaşdırılan elektrik konseptual avtomobilin kapotunda debüt edəcək - Böyük Britaniyanın Kru şəhərində şirkətin yeni dizayn studiyasının açılışı ilə eyni vaxtda...
Bu, brendin 106 illik tarixində emblemin beşinci yenilənməsidir - eyni zamanda ən radikalıdır. Yeni loqo tanınan formanı saxlayır, lakin qanadlar indi daha iti və həndəsi formadadır, aşağı lələklər isə yoxa çıxıb.
SİA-nın məlumatına görə, yenilənmiş loqo dizayn direktoru Robin Peycin rəhbərliyi altında şirkət tərəfindən daxili olaraq hazırlanmışdır.
Qalib konsept daxili müsabiqənin bir hissəsi kimi interyer dizayneri Yanq Nam tərəfindən təklif edilmiş, bundan sonra xüsusi komanda tərəfindən daha da inkişaf etdirilmişdir.
Yeni simvol Bentley stilinin daha geniş şəkildə yenidən təqdim edilməsində ilk addım olacaq. Yenilənmiş emblem alacaq konsept-karın seriyalı istehsala buraxılması planlaşdırılmır, lakin o, brendin gələcək modellərinə təsir edəcək.
Şirkət şou avtomobilinin keçmişin məşhur Bentleylərindən birindən ilhamlandığını eyham edir, lakin hələlik heç bir detal açıqlamır.
Nazlı Almuradova