“Beşiktaş” Türkiyə millisinin futbolçusu ilə yeni müqavilə imzalayıb

3 İyul 2025 16:04 (UTC+04:00)

Türkiyənin “Beşiktaş” komandası futbolçusu Demir Ege Tıknaz ilə müqaviləni yeniləyib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin 2027-ci ildə başa çatacaq sözləşməsini daha bir il müddətinə uzadıb.

Türkiyə millisinin heyətində ötən ay Meksika ilə yoldaşlıq matçında (0:1) debüt edən oyunçu “Beşiktaş”ın yetirməsidir. O, son mövsümü icarə əsasında Portuqaliyanın “Rio Ave” komandasında keçirib.