Məlum olub ki, rusiyalılar Azərbaycana turist səfərlərindən əl çəkmirlər…

3 İyul 2025 21:25 (UTC+04:00)

...Kim deyir onu..? Məsələ bundadır ki, ruslar Azərbaycana turist səfərlərindən imtina etmirlər.

SİA-nın məlumatına görə, TASS bu barədə Rusiya turoperatorlarına istinadən xəbər verir. Rusiyalı turistlər Azərbaycana səfərlərdən imtina etmirlər Agentliyin dəqiqləşdirdiyi kimi, Azərbaycana turlar satılır, ruslar isə respublikaya səfərlərini davam etdirirlər.

Bir gün əvvəl Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas bildirmişdi ki, Azərbaycan hazırda “Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə deyil”.

O, Rusiya səfirliyinin Azərbaycanda ruslara qarşı zorakılıq halları ilə bağlı müraciətlərə dair hesabatını belə şərh edib. İyunun 27-də Yekaterinburqda etnik azərbaycanlıların silsilə həbsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər pisləşib. İyulun 1-də Bakıda İrandan narkotik tranziti, qeyri-qanuni maddələrin onlayn ticarəti və kiber fırıldaqçılıqda şübhəli bilinən 8 rusiyalı saxlanılıb və həbs edilib.

Rusiya mediası saxlanılanların şəxsiyyətini müəyyənləşdirə bilib - onların arasında dörd İT mütəxəssisi, psixoloq, turist və Sankt-Peterburqdan olan memarlıq universitetinin tələbəsi də var.

SİA-nın məlumatına görə, təfərrüatlar Gazeta.Ru-nun məqaləsindədir.

…Rusiya Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməkdə davam edir.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Svetlana Jurova vurğulayıb ki, iki ölkənin liderləri həmişə kompromislər tapıblar və indiki böhran da istisna olmayacaq. Daim eniş-yoxuşlarımız olur. Bəzən münasibətlər bir az yaxşılaşır, bəzən daha da pisləşir. Bir az gərginlik var, sonra prezidentlər danışır, gərginlik səngiyir.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram meneceri Milan Lazoviç də gərginliyi aradan qaldırmağın tamamilə mümkün olduğunu deyir. Onun sözlərinə görə, yüksək səviyyəli əlaqələr və ortaq tarixi keçmiş buna kömək edəcək. “Biz Azərbaycan xalqının nasizm üzərində ümumi qələbəyə verdiyi töhfəni xatırlayırıq və yüksək qiymətləndiririk”, - ekspert bildirib.

Əli Babayev