İtaliyada günvurmadan ölənlərin sayı 4-ə çatıb

3 İyul 2025 13:32 (UTC+04:00)

İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4-ə çatıb. SİA xəbər verir ki, Sardiniya adasında 2, Palermoda 1 və Bolonyada 1 nəfər günvurmadan dünyasını dəyişib.

Ölkənin Səhiyyə Nazirliyi bu gün üçün paytaxt Roma da daxil olmaqla, 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Hazırda ölkənin müxtəlif regionlarında havanın temperaturu 40 dərəcədən yüksəkdir.

İtaliyanın Lombardiya, Emiliya-Romanya, Abruzzo, Veneto və Bazilikata bölgələrində avqustun 31-dək saat 12:30-dan 16:00-dək açıq havada işlərin dayandırılmasına dair qərar verilib.