“Liverpul”un və Portuqaliya millisinin futbolçusu Dioqo Jota avtomobil qəzasında həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Jota qardaşı ilə birlikdə avtomobil qəzasında dünyasını dəyişib.
Portuqaliyalı vingerin avtomobili yoldan çıxaraq alovlanıb. Hadisə zamanı hər iki nəfər ölüb.
Qeyd edək ki, 28 yaşlı futbolçu bir müddət əvvəl Portuqaliya millisi ilə UEFA Millətlər Liqasının qalibi olmuşdu.