Emin Rusiyadakı konsertini ləğv etdi

3 İyul 2025 10:05 (UTC+04:00)

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb. SİA xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi. Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib. Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.