Azərbaycan boksçusu Dünya kubokunda yarımfinala vəsiqə qazanıb

3 İyul 2025 09:55 (UTC+04:00)

Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya kuboku davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb. SİA xəbər verir ki, 1/4 finalda Sübhan Mamedov (50 kq) Samet Gümüşlə (Türkiyə) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəticədə boksçumuz adını yarımfinala vəsiqə qazanıb. O, bununla özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.