"Sabah" komandası növbəti yoxlama oyununu bu gün keçirəcək

3 İyul 2025 09:04 (UTC+04:00)

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" futbol komandası bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

"Sabah" ilk yoxlama matçında Rumıniyanın "Rapid" komandası ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.