Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib - SİYAHI

3 İyul 2025 08:39 (UTC+04:00)

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib. SİA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Hazırda:

1. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.