Qəzzada müharibəyə son qoymağın yolu məlum olub

2 İyul 2025 19:26 (UTC+04:00)

Qəzza zolağındakı böhran, Fələstinin radikal HƏMAS hərəkatı olmadan bölgədə yeni hökumət formalaşdırmaqla həll edilə bilər.

SİA-nın məlumatına görə, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Qriqori Lukyanov Lenta.ru ilə söhbətində Qəzzada müharibəyə son qoymağın bu üsulunu adlandırıb.

Ekspertin fikrincə, İsrail hazırda bu perspektivdən imtina edir və bu səbəbdən humanitar böhran uzun illər davam edə bilər. ...İsrail heç bir mövcud Fələstin siyasi qüvvələrinin nümayəndələri olmadan texniki hökumət istəyir. Lakin belə bir hökumət legitim olmayacaq - xalq bunu qəbul etməyəcək. Legitimlik olmasa, heç nəyi dəyişməyəcək, - şərqşünas izah edib.

Bundan əvvəl İsrailin Qəzzada atəşkəslə bağlı yeni təklifi ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffdan aldığı məlum olub.

O, 60 günlük atəşkəs və Həmas tərəfindən saxlanılan on israilli girovun azad edilməsini nəzərdə tutur.

Əli Babayev