Şabranda dağlıq-meşəlik ərazidə yanğın baş verib - FOTO

2 İyul 2025 16:50 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonunun Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən SİA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.