Krım arxeoloqları qədim taxıl anbarı tapıblar...

2 İyul 2025 21:53 (UTC+04:00)

Arxeoloqlar Krımın Feodosiya şəhərində zəlzələ nəticəsində dağılmış yuxarı terrasda pitos çuxurları olan qədim taxıl anbarları tapıblar.

SİA-xəbər verir ki, bu barədə SevastopolMedia xəbər agentliyi komandanın sosial şəbəkələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, taxıl anbarı qədim yunan yaşayış məntəqələri və Avropa Bosforunun nekropollarında aparılan qazıntılar zamanı aşkar edilib.

Əvvəllər pithos üçün anbar kimi qəbul edilən yer taxıl anbarı olub...

Bu, hesabatda deyilir.

Tapıntı zəlzələdən ciddi şəkildə zədələnib: daş boyunları deformasiyaya uğrayıb, qapaqlar çuxurlara düşüb. Bununla belə, arxeoloqlar seysmik fəlakət zamanı əzilmiş iri saxsı parçaları aşkar ediblər və hazırda araşdırmaya hazırlaşırlar.

Nazı Almuradova