Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetində Fəxri Doktor Diplomu təqdim edilib. SİA xəbər verir ki, Prezidentə fəxri doktor diplomunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev təqdim edib.
Prezidentə həmçinin fəxri mantiya da təqdim edilib.