Muxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər

2 İyul 2025 15:42 (UTC+04:00)

COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə iqlim gündəliyində səhiyyənin rolunu müzakirə edib. SİA-nın məlumatına görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Tərəflər milli iqlim planlarının növbəti mərhələsinin həm dekarbonizasiya və davamlı inkişafa necə töhfə verə biləcəyini, həm də səhiyyə tədbirlərinin bu sənədlərə inteqrasiyasını müzakirə ediblər", - məlumatda qeyd olunub.