Basketbol üzrə Çempionlar Liqasında müntəzəm mövsümün püşkü atılıb. SİA xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri müəyyənləşib.
Bakı klubu B qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.