Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçunun xüsusi dəvət ilə qatıldığı təlim-məşq toplanışında Azərbaycan idmançıları da iştirak edəcəklər.
Bunlar Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərovdur (80 kiloqram).