Murad Rusiyaya televiziya kanalların yayımının dayandırılması üçün çağırış etdi

2 İyul 2025 05:13 (UTC+04:00)

Tanınmış müğənni və bəstəkar Murad Arif Azərbaycanda yayımlanan rəqəmsal televiziyaların rəhbərlərinə müraciət edib. SİA xəbər verir ki, o, Azərbaycan ərazisində rus kanallarının yayımının dayandırılmasını istəyib: "Azərbaycan ərazisində yayımlanan bütün kabel televiziyalarına səslənirəm! Çox hörmətli, KATV, Ailə TV, CityNet, B&B, Connect, Uninet, ATV+ və başqaları...! Xalqımızı təhdid edən və alçaldan kanalları yayımlamayın! Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq!!!" Onun çağırışına aparıcı, prodüser Tarix Əliyev də qoşulub.