Latviya Ukraynaya zirehli transportyorlar göndərir

2 İyul 2025 05:39 (UTC+04:00)

Ukrayna Latviyadan 42 “Patria” zirehli transportyoru alacaq. Latviya hökuməti müvafiq tədarükü təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, Ukrayna “Patria” zirehli transportyorlarından başqa Latviyadan digər hərbi texnikalar da alacaq.