“Sabah” klubu fransalı futbolçunun transferini açıqlayıb

1 İyul 2025 20:28 (UTC+04:00)

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalanıb.

Fransada “Anje”nin yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.