Rusiya Krımı itirir TƏHLİL

1 İyul 2025 17:33 (UTC+04:00)

Ukrayna Rusiyanı ağır məğlubiyyətə uğradır

Müasir dövrün yenilikləri özü ilə bir sıra problemlər, çatışmazlıqlar, narahtlıqlar da gətirir. Xüsusilə də, informasiya-texnologiyaların yüksək formada inkişaf etdiyi bir mərhələdə müharibələrin, münaqişələrin artan xətlə inkişaf etməsi bəşəriyyət üçün ağrılı problemlər gətirib. Bu baxımdan dünyada çoxsaylı müharibələr, münaqişələr baş verir. Məlumatlara görə, dünya üzrə hazırda 150-dən çox müharibələr və daxili qarşıdurmalar mövcuddur. Proseslərin inkişafı göstərir ki, dünyada sülhə və təhlükəsizliyə töfhələr verməyə çalışan iddialı dövlətlərin özləri yeni müharibələr, münaqişələr yaradırlar. Rusiyanın Ukraynaya əsassız hücumu və dağıdıdıcı müharibənin 4 ilə yaxındır ki, davam etməsi qeyd olunanlara misal ola bilər. Fakt ondan ibarətdir ki, digər müharibə və münaqişələrlə müqayisədə Rusiya-Ukrayna müharibəsi daha amansız və dağıdıcıdır. Rusiya- Ukrayana müharibəsi bütün mövcudluğu ilə daha amansız və dağıdıcı xarakter almaqdadır. Vəziyyətin gərginləşməsi Avropada sabitliyin pozulmasına gətirib çıxarar. Buna hələ ki, üçüncü dünya müharibəsi demək çətin olsa da, hər halda siyasi və hərbi toqquşmalar və nəhayət, qida çatışmazlığı sahəsində ciddi problemlər dünyanın sabahı üçün heç də yaxşı nəticə vəd etmir. Dəfələrlə müharibənin dayandırılması üçün Türkiyə başda olmaqla bəzi ölkələrin təşəbbüslərlə çıxış etsələr də, hələ ki, nəticə yoxdur. Hətta Türkiyədə keçirilən Rusiyanın və Ukraynanın dövlət adamlarının görüşləri də müharibənin dayandırılmasına Rusiya Prezidenti Vladmir Putinin müharibəni dayandırmaq fikrinin olmaması və rəsmi Kiyevin də işğal altında olan ərazilərini azad etmək üçün mübarizə aparması onu deməyə əsas verir ki, dünyada fəlakətli hal yaşana bilər. Yəni daha ağır silahlar, hətta atom bombası işə düşə bilər. Üzücü də olsa etiraf olunmalıdır ki, əgər nüvə silahı işə düşsə, bəşəriyyətin mövcudluğu sual altına düşə bilər. Gözlənilən fəlakətlərin miqyasını isə hələ ki, dünyanın aparıcı dövlətləri anlamırlar. Bu da onu deməyə əsas verir ki, onlar bəşəriyyətin, insanlığın cəlladlarıdır.

Dünyamız təhlükə ilə üz-üzədir

Atom bombası ilə hədələrin səslənməsi onu təsdiq edir ki, dünyamızın gələcəyi sual altındadır. Hər an beyni pozulmuş lider, ağılı başında olmayan siyasətçi atom bombasından istifadə etməklə dünyanın varlığına son qoya bilər. Nəzərə almaq lazımdır ki, Rusiya prezidenti nüvə silahına arxalanaraq "Rusiyasız dünya bizim nəyimizə lazımdır" deyə bildirmişdir. 2022-ci ilin fevralından Ukraynaya qarşı başladığı müharibə minlərlə insanın həyatını itirməsi, yüzlərlə şəhərin, kənd və qəsəbənin dağıdılması, milyonlarla insanın öz isti ev-eşiyini tərk etməsi ilə nəticələndi. Demək olar ki, Ukrayna ərazisinin az qala 70 faizi dağılıb, 16 milyon insan müxtəlif ölkələrə köç ediblər. İtkilərinin sayı da az deyil,- 1 milyon 300 min nəfər. Rusiya tərəfinin itkiləri də 1 milyon 250 minə çatır. Yaralıların sayı isə ümumilikdə 4 milyondur. Müharibə isə davam edir. Hər gün yüzlərlə insan ölür, kənd və şəhərlər dağıdılır. Bu kimi faktlar onu təsdiq edir ki, müharibəni başlayanlar istəklərinə nail ola bilmədilər. Nə idi o istək? Birincisi, Ukraynanı işğal etməklə Qərbi və ABŞ-ın bölgə maraqlarını sıradan çıxartmaq. İkincisi, Rusiyanın zəif dövlət olmadığını nümayiş etdirmək. Üçüncüsü isə, işğal ediləcək Ukraynanın sərvətləri üzərində qərar vermək hüququnu əldə etmək. Lakin görünən ondan ibarətdir ki, Avropa və ABŞ rəsmi Kremlin arzularını darmadağın etdi. Rusiya çətin, həm də həlli mümkün olmayan problemlərlə üzləşib. Hər gün Rusiyanın şəhərləri Ukraynanın raket və dron hücumlarına məruz qalır və nəticədə ruslar öldürülür, evləri isə dağıdılır. Rusiya üçün ən dəhşətli zərbə isə Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi "Pautina" əməliyyatı zamanı 41 Rusiya təyyarəsinin məhv edilməsi oldu. İyunun 1-də UTX Rusiyanın strateji bombardmançılarının məhv edilməsinə yönəlmiş əməliyyat həyata keçirib. Rusiyanın fərqli yerlərində yerləşən aerodromlara dron hücumları təşkil olunub. Bu pilotsuz aparatları Rusiyanın özündən, yük maşınları ilə daşınan mobil taxta evlərdən buraxıblar. UTX məlumat verir ki, əməliyyat zamanı Rusiyanın strateji aviasiyasının təxminən üçdə biri məhv edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinqdə bəyan edib ki, Ukrayna bütün imkanlarını istifadə edərək Rusiyanın aviasiyasını və hərbi potensialını azaltmağa çalışır: "Onların yarısı bərpa edilə bilməz, qalanının isə bərpasına illər lazım ola bilər, bəlkə də ümumiyyətlə düzəlməz. Bu, həqiqətən ədalətli hərbi hədəfdir.

V. Zelenski onu da qeyd edib ki, əməliyyatı həyata keçirən UTX hərbçilərini bu gün qapalı fərmanla mükafatlandırıb.

NATO-nun yüksək rütbəli nümayəndəsi isə bildirib ki, həyata keçirilən əməliyyat zamanı 15 Tu-95 strateji bombardmançı, 12 Tu-22M3, həmçinin ən azı bir A-50 hava desant təyyarəsi (hansı ki, Rusiya ordusunda cəmi beş belə təyyarəsi var) məhv edilib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə Rusiyanın 130 strateji təyyarəsi var: 60 Tu-22M3 (mənzil - 6500 km-ə qədər), 15 Tu-160 və 55 Tu-95 (hər ikisi - 10 000 km-ə qədər). Beləliklə, Hörümçək toru əməliyyatı NATO-nun Rusiyanın Ukraynanın mülki hədəflərinə hücumlarının "işçi atları" adlandırdığı strateji qanadlı raket daşıyıcılarının 30%-dən çoxunu sıradan çıxarıb. "Bu, mülki əhaliyə qarşı müharibədə fəal iştirak edən hədəflərə ağır zərbədir. İşğalın əvvəlindən bu təyyarələr Ukraynanın infrastrukturunu və yaşayış məntəqələrini vuran 3000-dən çox qanadlı raket buraxıb", - deyə alyansın nümayəndəsi iyunun 4-də Brüsseldə keçirilən brifinqdə bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti "Pautina" əməliyyatı ilə kifayətlənməyərək Rusiyaya qarşı yeni sarsıdıcı zərbələr endirir. Yayılan məlumatlara görə, Ukrayna tərəfi krım körpüsünün bir hissəsini partlatmaqla Rusiyanın Krıma silah –sursat və digər zəruri, hərbi, ərzaq və sənaye məhsullarının daşınmasının qarşısını alıb. Az sonra isə Ukrayna tərəfi Krım aeroportunu dron hücumu ilə dağıtmaqla Rusiyanın hava nəqliyyatından istifadəsini bir müddət əngəlləməyə nail oldu.

Krıma gedən yol qısalır

Ukraynanın çox mükəmməl şəkildə həyata keçirdiyi əməliyyatlar Rusiyanın belini qırmaqla yanaşı, nəfəsini də kəsir. Əgər V.Putin Türkiyədə keçirilməsi nəzərdə tutulan Rusiya-Ukrayna danışıqlarında güzəştə getməsə və iddialarından imtina etməsə Krım əldən gedə bilər. Çünki Krımda vəziyyət olduqca ağırdır. Yerli əhali ərzaq qıtlığı çəkməklə yanaşı, həyatlarını itirmək təhlükəsi ilə də üzləşirlər. Ona görə də, Krımda yaşayan əhali kütləvi şəkildə adanı tərk edirlər. Baxmayaraq ki, Rusiyanın hakim rejimi müxtəlif hədə vasitələrindən istifadə etməklə əhalinin adanın tərk etməsinin qarşısını almağa çalış. Lakin əhali həyatları üçün narahatdılar və Rusiyanın hakim rejiminin tələblərinə əhəmiyyət vermək istəmirlər. Fürsət yarandıqca adanı tərk edirlər. Bu da Ukraynanı Krımı azad etmək istəklərini bir qədər də möhkəmləndirir.

"The Telegraph" nəşrinin yazarı o fikirdədir ki, Vladimir Putin Krım yarımadasını itirə bilər. Yarımada bütün müharibə üçün strateji əhəmiyyət kəsb edən danışıqlar məntəqəsi ola bilər: "Ola bilsin ki, yarımadada Ukrayna "çəkmələri" lazım olmasın, düşmən tədarükü üçün arteriyaları qapatmaq, təzyiqi gücləndirmək və raketlərin, döyüş sursatlarının və əsas ehtiyatların tükənməsini gözləmək lazımdır. Sonra isə hesabların necə artdığını müşahidə etmək lazımdır, çünki Putin təbliğat xarakterli məğlubiyyətə nail olmadan yarımadanı saxlamaq üçün resursları xərcləməlidir. Hazırda Krımı iki arteriya qidalandırır, bunlar Kerç körpüsü və quru körpüdən şərqdən çəkilən yeni dəmiryolu xəttidir, hər iki obyekt Amerikanın ATACMS raketlərinin fəaliyyət zonasında yerləşir".

Aparılan araşdırmalar və baş verən hadisələr də təsdiq edir ki, Rusiyanın məğlubiyyəti qaçılmazdır. Çünki orduda xaos və anarxiya hökm sürür. Rusiyalılar döyüşməkdən imtina edirlər. Ümid yalnız xaricdən gərilən günəmüzd "nayomnik"lərə qalıb ki, onlar da cəsarətli döyüş nümayiş etdirə bilmirlər. Misal üçün, Şimali Koreyadan döyüş meydanına gətirilən 12 min döyüşçünün iki həftə ərzində 8 mininin məhv edilməsi və digərlərinin qaçaraq canlarını qurtarmasını göstərmək olar. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, "Pautina" əməliyyatından sonra da Ukrayna Təhlükəsizlik Xidməti zərbə xarakterli əməliyyatlarını davam etdirir. Ukrayna Təhlükəsizlik Xidməti iyunun 27-də səhər saatlarında Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka hərbi aerodromunda iki ədəd Su-34 çoxfunksiyalı qırıcı təyyarəsinin məhv edildiyini, daha iki təyyarənin isə zədələndiyini bəyan edib. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri və SBU-nun birgə hazırladığı əməliyyat nəticəsində uzaqmənzilli dronlar vasitəsilə aerodroma zərbələr endirilib: "Bu çoxfunksiyalı qırıcılar Rusiya tərəfindən cəbhə xəttində, xüsusilə ağıllı planlaşdırılan aviabombaların (KAB) atılması üçün intensiv istifadə olunurdu. Hədəflərə zərbələr nəticəsində Marinovka aerodromunun texniki-istismar zonasında yanğın baş verib."

Qeyd olunub ki, bu infrastruktur hərbi obyekt üçün kritik əhəmiyyət daşıyır, burada Rusiya təyyarələrinin uçuşa hazırlanması, texniki xidmət və təmir işləri həyata keçirilir.

Baş verənlər onu göstərir ki, Rusiya acınacaqlı məğlubiyyətə uğrayacaq. Hətta müharibənin ağır və acı nəticəsi olaraq ölkənin subyektlərə parçalanması problemi də yarana bilər. Təbii ki, rusların arzu etmədikləri faciəvi gözlənitilərin qarşısını da almaq olar. Bu, yalnız və yalınız Rusiyanın 1991-ci il sərhədlərinə qayıtması halında baş verə bilər.

İLHAM ƏLİYEV