İstanbul klubu Kabo-Verde millisinin sabiq futbolçusunu transfer edib

1 İyul 2025 16:58 (UTC+04:00)

Türkiyənin “Başakşəhər” komandası heyətini yeni futbolçu ilə gücləndirib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Kasımpaşa”dan Nuno Da Kostanı transfer edib.

Kabo-Verde millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.