“Fənərbaxça” kolumbiyalı hücumçu Con Duranın transfer məsələsində Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə razılığa gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu bu gün İstanbula gələcək. Forvardın tibbi müayinədən keçdikdən sonra “Fənərbaxça” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu ilin yanvar ayında İngiltərənin “Aston Villa” klubundan Səudiyyə Ərəbistanının “Al Nəsr” klubuna 77 milyon avro qarşılığında transfer olunmuşdu.