Japarov sabah Rusiyaya gedəcək

1 İyul 2025 14:48 (UTC+04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 2-si Rusiyaya işgüzar səfər edəcək. SİA xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, Japarovla rusiyalı həmkarı Vladimir Putin arasında ikitərəfli görüş gözlənilir.

Görüş zamanı liderlər Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrini müzakirə edəcəklər.