“Gəncə” klubu amerikalı voleybolçunu transfer edib

1 İyul 2025 13:08 (UTC+04:00)

“Gəncə” komandası heyətini yeni voleybolçu ilə gücləndirib. Qərb təmsilçisindən SİA-ya verilən məlumata görə, amerikalı İzabell Morqan ilə birillik müqavilə imzalanıb.

Oyunçu ötən mövsümü İsveçin “Gislaveds” klubunda keçirib.

25 yaşlı oyunçu daha əvvəl ölkəsində “Villanova Universiteti”, “Texas A&M Korpu Kristi Universiteti” və Puerto-Rikonun “Valensianas de Junkos” komandalarında çıxış edib.