Ötən gün 17 kiloqrama yaxın narkotik vasitə götürülüb - DİN

1 İyul 2025 12:22 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 16,8 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 611 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 6,8 ton çəkidə 9 min 841 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.