Miri Yusif atasını itirdi

1 İyul 2025 11:37 (UTC+04:00)

Xalq artisti Miri Yusifə ağır itki üz verib. SİA xəbər verir ki, onun atası Mirheydər Mirbabayev dünyasını dəyişib. Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov instaqram hesabında paylaşım edib. M.Mirbabayevin dünən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, illərdir Türkiyədə yaşayan Miri Yusif ötən ay ailəsi ilə Bakıya köçüb.