Nazir Oğuzda vətəndaşları qəbul edəcək

1 İyul 2025 11:03 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayev 18 iyul tarixində Oğuz şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 11 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪+994 51 206 78 48‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.