Silahlı Qüvvələr Gününə həsr olunmuş ciu-citsu üzrə turnir keçirilib - FOTOLAR

1 İyul 2025 10:43 (UTC+04:00)

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş turnir keçirilib. SİA xəbər verir ki, turnirdə Braziliya ciu-citsu döyüş sənətinin Gi və No-Gi versiyaları üzrə müxtəlif yaş qrupları və çəki dərəcələrində yarışlar təşkil olunub.

Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsinin ardınca turnirə start verilib.

İctimai Birliyin prezidenti Aqil Acalov Zəfər tariximizin daim yeni uğurlara ilhamlandırdığını bildirib. O, hər bir Azərbaycan gəncinə fəaliyyət göstərdiyi sahələrdə uğurlar arzulayıb.

İctimai Birliyin təsisçisi Taleh Həsənov da idmançıların hər birinin fərd olaraq Azərbaycanın idman sahəsindəki rolunun vacibliyini, onların sağlam bədəndə, sağlam ruhda yetişmələri üçün fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb.

Birliyin sədr müavini Anar Səfərov keçirilən silsilə tədbirlərin məqsədindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.

Turnirin sonunda idmançılar diplom və medallarla təltif olunublar.