Mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə 36 yaşlı kişi yıxılıb

1 İyul 2025 10:23 (UTC+04:00)

Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə 36 yaşlı kişi yıxılıb. SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bununla bağlı məlumat yayıb.

Məlumata əsasən, FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Məmmədov Orxan İkram oğlunun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.