Gürcü futbolçu Premyer Liqa yolunda

1 İyul 2025 10:15 (UTC+04:00)

Uzun fasilədən sonra İngiltərə Premyer Liqasına qayıdan “Sanderlend” “Lion”un hücumçusu Corc Mikautadzenin transferində maraqlıdır. SİA xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Lion”un Liqa 2-yə düşməsi fonunda 24 yaşlı gürcü futbolçunun keçidi gündəmdədir. Onunla Almaniya təmsilçisi “Ayntraxt” da maraqlanır.

2024/25 mövsümündə Mikautadze “Lion”un heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.