Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçiriəcək. SİA xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gələcək.
Qarşılaşma Minskdə yerləşən “Traktor” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.