Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı

1 İyul 2025 09:04 (UTC+04:00)

Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl rejim 1 iyul saat 06:00-dək qüvvədə idi.