Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib. SİA-nın Qarabağ Bürosu xəbər verir ki, Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında torpağa tapşırılacaqlar.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.