Azərbaycan millisinin futbolçusu Polşa klubunu tərk edib

30 İyun 2025 18:48 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.

SİA xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli forvard Polşa təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Renat Dadaşov “Radomyak”a bu ilin fevral ayında Türkiyənin “Ankaragücü” klubundan keçmişdi.