İspaniya millisinin sabiq futbolçusu Sezar Aspilikueta "Atletiko"dan (Madrid) ayrılıb. SİA xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2023-cü ildən "Atletiko"da çıxış edirdi. Paytaxt təmsilçisinin heyətində 53 oyuna çıxan futbolçu bu müddətdə 1 qol vurub.